Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
800 koronavirus xəstəsi olan kruiz gəmisi Sidney limanında lövbər saldı
Avstraliyanın Sidney limanında dayanan, üç mindən çox sərnişin və min ekipaj üzvünün olduğu “Majestic Princess” kruiz gəmisində 800-ə yaxın koronavirusa yoluxma hadisəsi aşkarlanıb.
Yoluxanların əksəriyyəti hazırda kabinələrində təcrid olunmuş sərnişinlərdir. 12 gün davam edən səyahətin yarısında yoluxma hallarında kəskin artım qeydə alınmağa başlayıb.
Avstraliyanın limanlarına kruiz gəmilərinin girişinə və park edilməsinə qadağa ölkə hakimiyyəti tərəfindən pandemiya səbəbindən 2020-ci ilin martında tətbiq edilib. Bu qərarın səbəbi 2020-ci ilin mart ayında “Ruby Princess” gəmisi ilə bağlı hadisə olub. Belə ki, ekipaj göyərtəsində koronavirusa yoluxan şəxs olduğunu gizlədib. Sərnişinlər enib evlərinə gediblər, bu da 600-dən çox insanın koronavirusa yoluxmasına səbəb olub, onlardan 28-i ağırlaşmalardan ölüb.
Mənbə: ABC
"Avstraliya" teqi üzrə xəbərlər
- Avstraliya epidemiya astanasında? Laboratoriyadan yüzlərlə öldürücü virus nümunəsi yoxa çıxdı
- Avstraliyalı bloqer "layk" xatirinə qızına dərman verib komaya saldı
- Avstraliyada 16 yaşadək uşaqlara sosial şəbəkələrə daxil olmaq qadağan edilir
- Dünyanın ən yaşlı rəqqasəsi vəfat etdi
- Azadlıq üçün 5.3 milyon dollar: Avstraliyalıların köləliklə mübarizəsi başladı
Rəylər