23 
Noy
2022
12:56
44
856
17536
Virtual karabakh

Türkiyədə güclü zəlzələ: Ölənlərin sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

23 Noy, 2022
12:56
17536

Türkiyədə güclü zəlzələ: Ölənlərin sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düzcedə zəlzələ zamanı daha bir nəfər həyatını itirib. Beləliklə, təbii fəlakət qurbanlarının sayı ikiyə yüksəlib.

Məlumata görə, yeraltı təkanlar başlayanda 47 yaşlı Hikmet Çələbi evdən tələsik çıxmağa çalışıb. Bu zaman o, müvazinətini itirərək yıxılıb və başı pilləkənə dəyib. Çələbi dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

11:52

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Düzcedə yerli vaxtla saat 4 radələrində baş verən 5,9 bal gücündə zəlzələ ilə bağlı son vəziyyəti açıqlayıb.

Məlumatda bildirilir ki, Düzcedə 37, İstanbulda 1, Zonquldakda 6, Sakaryada 1, Boluda 1 olmaqla, ümumilikdə 50 nəfər yaralanıb.

Həmçinin Düzce Çay Məhəlləsində yaşayan 63 yaşlı Sevim Çengelin zəlzələdən sonra təlaşa düşdüyü və infarkt nəticəsində öldüyü qeyd olunub.

10:22

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Mənbə: Anadolu

08:35

Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.

07:00

Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb.

Bundan əvvəl maqnitudanın 6 olduğu bildirilirdi. Zəlzələnin episentri Düzce rayonunda, ocağı 6,8 km dərinlikdə yerləşib.

Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərb bölgələrində hiss olunub.

Düzce bələdiyyə sədri Faruk Özlü bildirib ki, ilkin məlumatlara görə, zəlzələ nəticəsində ölən olmayıb. Hazırda Düzcedə elektrik enerjisinin verilişi dayandırılıb, ölkədə internetlə əlaqədar problemlər var.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ baş verən andan indiyədək insan itkisi ilə bağlı heç bir məlumatın daxil olmadığını deyib:

“İstanbul, Tekirdağ, Kocaeli, Eskişehir, Zonquldak, Sakarya, Bilecik, Bolu, Karabük və Bartın vilayətlərində qruplarımıza can itkisi ilə bağlı məlumat daxil olmayıb. Hadisələrin gedişatı barədə ictimaiyyətə məlumat veriləcək”.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri