Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“El Çapo”nun oğlu həbs edildi: Meksikada silahlı qarşıdurma yaşandı - YENİLƏNİB + VİDEO
Meksika hökuməti “El Çapo” ləqəbli məşhur narkobaron Xoakin Qusmanın oğlu Ovidio Qusmanı həbs edib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Ovidionun həbsi hadisənin baş verdiyi Kulyakan şəhərinin müxtəlif yerlərində qarşıdurmalara səbəb olub.
Sosial mediada zorakılıq səbəbilə günün əksər hissəsi bağlı qalan hava limanında yanan yük maşınları və oranın atəşə tutulması görüntüləri yayılıb.
Bununla əlaqədar Sinaloa ştatının ictimai təhlükəsizlik naziri vətəndaşlara təhlükəsiz yerlərə sığınmağı tövsiyə edib.
Ovidio Qusman Mexikodakı ciddi rejimli “Altiplano” həbsxanasına aparılıb.
Ovidio Qusman 2019-cu ilin oktyabrında federal hakimiyyət orqanları tərəfindən saxlanılsa da, daha çox qan tökülməsinin qarşısını almaq üçün ölkə Prezidenti Andres Manuel Lopes Obradorun əmri ilə sərbəst buraxılıb.
ABŞ Dövlət Departamenti iddia edir ki, Ovidio və onun qardaşı Xoakin ayda iki tondan çox narkotik istehsal edən on bir metamfetamin laboratoriyasına nəzarət edirlər.
Onların atası isə 2019-cu ildə narkotik alveri, silah alveri və çirkli pulların yuyulmasında ittiham olunaraq ABŞ-də ömürlük həbs cəzasını çəkir.
Ovidio Qusmanın həbsi ilə bağlı Meksikanın Kulyakan ştatında təhlükəsizlik qüvvələri ilə narkotik kartelinin silahlıları arasında 12 saatlıq qarşıdurma olub.
Hadisə nəticəsində 27 nəfər (azı 3 mülki şəxs) yaralanıb, Milli Qvardiyanın əsgəri ölüb.
Cinayətkarlar 250-yə yaxın avtomobili qaçırıb və yandırıb, azı 18 küçəni bağlayıb, 3 hava limanının işini dayandırıblar. Yerli media quldurların Meksika Hərbi Hava Qüvvələrinin 2 helikopterinə və nəqliyyat təyyarəsinə iriçaplı silahlardan atəş açdığını, sonuncunun eniş zamanı zədələndiyini və alovlandığını bildirib. Onların fikrincə, qurbanlar daha çox ola bilər.
Mənbə: Euronews
03:55
Meksikanın şimal-qərbindəki Sinaloa əyalətinin paytaxtı Kulyakan şəhərində naməlum şəxslərin yanan avtomobillərlə bir sıra küçələri bağladıqları üçün bir neçə atışma qeydə alınıb.
Təhlükəsizlik vəziyyətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar hakimiyyət bu böyük şəhərin sakinlərini evlərini tərk etməməyə çağırıb, məktəblərdə və universitetlərdə dərslər ləğv edilib.
Hadisənin mümkün səbəbləri, eləcə də əhali arasında ölən və ya yaralananlar barədə məlumatlar hələlik açıqlanmayıb.
Qeyd edək ki, Kulyakan əhalisi şəhərətrafı ərazilərlə birlikdə 1 milyon nəfəri keçir.
Mənbə: TASS
"Meksika" teqi üzrə xəbərlər
- Meksika prezidenti Trampa cavab verdi
- Trampın ilk "döyüşü" hansı ölkələrlə olacaq? - ABŞ böyük böhranın astanasındadır
- Trampın andiçməsindən əvvəl venesuelalı silahlıların ABŞ sərhədçilərinə hücumları çoxalıb
- Meksikanın cənubunda gizli məzarlarda 30-dan çox cəsəd tapılıb
- Mario Balotellinin yeni komandası bəlli olub
Rəylər