Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İsveçin Ankaradakı səfiri XİN-ə çağırıldı
İsveçin Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, buna səbəb İsveç dövlət qurumlarının yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verməsi səbəb olub. Bildirilir ki, aksiya zamanı müqəddəs Qurani-Kərimin yandırılması nəzərdə tutulur.
“Səfirin diqqətinə çatdırılıb ki, Türkiyə açıq-aşkar nifrət cinayəti olan sözügedən təxribat xarakterli hərəkəti qətiyyətlə pisləyir. İsveçin məsələyə münasibəti qəbuledilməzdir. XİN aksiyaya icazə verilməməsini gözləyir. “Demokratik hüquqlar” adı altında müqəddəs dəyərlərin təhqir olunmasını müdafiə etmək yolverilməzdir”, - deyə XİN-in bəyanatında deyilir.
Həmçinin sabah PKK-ya bağlı dairələr Stokholmun mərkəzində nümayiş keçirəcəklərini açıqlayıblar. Türkiyə XİN terror təşkilatları və onların tərəfdarlarının təbliğat fəaliyyətinə icazə verilməsini üçtərəfli memorandumun açıq şəkildə pozulması hesab edir.
Mənbə: Haber Global
"İsveç" teqi üzrə xəbərlər
- İsveçdə məktəb yaxınlığında atışma: 10-a yaxın adam həlak oldu
- İsveç hökumətindən ittiham: "Stokholmdakı İslam Mərkəzi İranın casus bazasıdır"
- İsveçdə Quranın yandırılmasının təşkilatçısına hökm oxundu
- İsveç Şimali Avropanın ən böyük İslam mərkəzinin rəhbərini deportasiya edir
- İsveçdə Quranı yandıran iraqlının öldürülməsinə görə saxlanılanlar azad ediliblər