10 
Fev
2023
00:49
74
2091
31941
Virtual karabakh

Türkiyədə dəhşətli zəlzələdə ölənlərin sayı 17 674 nəfərə çatıb - YENİLƏNİB

10 Fev, 2023
00:49
31941

Türkiyədə dəhşətli zəlzələdə ölənlərin sayı 17 674 nəfərə çatıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 674 nəfərə çatıb. 

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib. 

Yaralıların son açıqlanan sayı isə 72 879 nəfərdir. 

Dağılan binaların sayı 6 444 təşkil edir.

22:15

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 134 nəfərə çatıb. 

Bu barədə AFAD-dan məlumat verilib.

Zəlzələ zamanı yaralananların sayı isə 70 347 nəfərdir.

20:30

Türkiyədə zəlzələdə ölənlərin sayı 16 546 nəfərə çatıb, yaralananların sayı 66 132-dir.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dağılan binaların sayı 6 444 təşkil edir.

17:54

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 16 170-ə çatıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, yaralıların sayı 64 194-dür. Zəlzələ nəticəsində dağılan binaların sayı isə 6 444-ə bərabər olub.  

15:43

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 14351-ə çatıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay məlumat verib.

Onun sözlərinə görə, yaralıların 63794-dür. Zəlzələ nəticəsində dağılan binaların sayı isə 6444-ə bərabər olub.  

14:29

Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 14 014-ə yüksəlib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Zəlzələ zamanı yaralananların sayı da artaraq 63 794-ə yüksəlib.  

10:02

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 12 873-ə çatıb.

Bu barədə AFAD-dan məlumat verilib.

Zəlzələ zamanı yaralananların sayı isə 62 937-ə yüksəlib.

09:03

Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 12 min nəfəri keçib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 391 nəfər həyatını itirib, 62 914 şəxs xəsarət alıb. Axtarış-xilasetmə işləri davam edir. 

Xilasetmə işlərinə 110 571 nəfər, 5 557 müxtəlif texnika cəlb olunub. 

İlk zəlzələlərin ardından 1 052 afterşok qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri