Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Roma Papası əməliyyat olundu - YENİLƏNİB
Roma Papası Fransisk çərşənbə günü qarın nahiyəsindən əməliyyat olunub.
Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətindən verilən məlumata görə, ümumi anesteziya altında aparılan əməliyyat Romanın Aqostino Cemelli xəstəxanasında fəsadsız şəkildə uğurla keçib.
“Əməliyyat başa çatıb. Prosedur fəsadsız keçib və üç saat davam edib”, - Vatikanın Mətbuat Xidməti bildirib.
Qeyd edək ki, 86 yaşlı pontifikin artıq palataya aparıldığı qeyd olunub.
13:40
Papa Fransisk bu gün ümumi audensiyadan sonra bağırsağından əməliyyat olunacaq.
Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, cərrahi müdaxilə Aqostino Cemelli Universiteti Xəstəxanasında ümumi anesteziya altında həyata keçiriləcək.
86 yaşlı pontifik üçün sözügedən tibbi prosedur residiv, ağrılı və pisləşən sindromlara səbəb olan yırtığa görə zəruri olub.
Xatırladaq ki, Roma Papası 2021-ci ildə də bağırsağından əməliyyat olunub. Bu il isə respirator infeksiya diaqnozu ilə Romada xəstəxanaya yerləşdirilib.
Rəylər