Roma Papası Fransisk respirator infeksiyası ilə (koronavirusla əlaqəsi yoxdur) xəstəxanaya yerləşdirilib.
Buna görə bir neçə gün xəstəxanada müalicə almalıdır.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, 86 yaşlı pontifik son günlər nəfəs darlığından şikayətlənib. “O, Aqostino Gemelli Fondunun xəstəxanasında müayinə olunub. Yoxlamaların nəticəsi respirator infeksiyanın (koronavirus infeksiyası istisna edilir) olduğunu göstərib, ki, bu da xəstəxanada bir neçə gün zəruri müalicə tələb edir", - deyə məlumatda vurğulanıb.
21:25
Roma Papası Fransisk xəstəxanaya yerləşdirilib.
Vatikan 86 yaşlı Papanın Gemelli klinikasına getməsi ilə bağlı təfərrüatları açıqlamayıb, ancaq bunun “əvvəlcədən planlaşdırıldığını” qeyd edib.
Xatırladaq ki, 2021-ci ilin yayında Fransisk Gemelliyə yerləşdirilmişdi. O, bağırsaq əməliyyatı olmuş və 10 gün klinikada yatmışdı.
Roma Papası Fransisk respirator infeksiyası ilə (koronavirusla əlaqəsi yoxdur) xəstəxanaya yerləşdirilib.Buna görə bir neçə gün xəstəxanada müalicə almalıdır.Bu...
Mənbə: Associated Press
Rəylər