Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Koronavirusun yeni ştammı kimlər üçün təhlükəlidir - Mütəxəssisdən açıqlama
“Omikron”un yeni subvariantı olan “pirola” koronavirus ştammına görə risk qrupuna yaşlılar, immun sistemi zəifləyənlər və xroniki xəstəlikləri olanlar daxildir.
Bu barədə rusiyalı immunoloq və epidemioloq Mixail Kostinov deyib.
“Hansı təbiətdə olmasından - sinir sistemi, ürək-damar sistemi, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, metabolik xəstəliklər, şəkərli diabet və s. asılı olmayaraq bunlar risk qrupudur”, - deyə mütəxəssis vurğulayıb.
İmmunoloq 60 yaşdan yuxarı insanların risk qrupuna daxil olduğunu bildirib.
“Vaksinasiya üçün prioritet qrup onlardır və ilk növbədə onlara peyvənd edilməlidir”, - deyə həkim izah edib.
O, vaksinasiyada yaşlılardan sonra tibb işçilərinin prioritetdə olduğunu bildirib:
“Çünki onlar pasiyentlərlə işləyirlər”, - deyə Kostinov vurğulayıb.
Xatırladaq ki, koronavirusun mutasiyaya uğramış yeni ştammı “Pirola” getdikcə daha çox ölkədə aşkarlanır. Yeni ştammın Azərbaycanda da yayılacağı ilə bağlı fikirlər irəli sürülür.
Virusun əlamətləri temperatur, boğaz ağrısı, yüksək dərəcədə halsızlıq, burun axıntısı, əzələ ağrılarıdır.
Mənbə: Lenta.ru
Rəylər