Xaçmazda intihar edən şəxsin kimliyi məlum olub.
“Report”un məlumatına görə, Xaçmaz şəhərinin mərkəzində çoxmərtəbəli yaşayış binasından özünü ataraq intihar edən şəxs, rayonun Köhnəxaçmaz kənd sakini, 1988-ci il təvəllüdlü Alim Səlim oğlu Talıbov olduğu bilinib.
A.Talıbovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
18:38
Xaçmazda intihar faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən çoxmərtəbəli binada baş verib.
Kimliyi məlum olmayan 30-35 yaşlı kişi özünü 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən atıb.
Hadisənin təfərrüatları araşdırılır. Faktla bağlı araşdırmalar davam etdirilir.