Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyə XİN İsraildə baş verən son hadisələrə münasibətini açıqlayıb
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsraildə baş verən son hadisələrlə əlaqədar bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, bu gün Türkiyə dövləti İsraildə və Fələstində baş verən zorakılıqdan, gərginlikdən dərin narahatdır.
“Bölgədə əmin-amanlığın tezliklə bərpa olunmasına böyük əhəmiyyət verir və mülki əhalinin itkisini qətiyyətlə pisləyirik. Zorakılıq aktlarının və bununla bağlı eskalasiyaların heç kimə fayda verməyəcəyini vurğulayaraq, tərəfləri təmkinli davranmağa və impulsiv addımlardan çəkinməyə çağırırıq.
Biz Türkiyə olaraq bu hadisələrin daha da böyümədən və böyük əraziyə yayılmadan nəzarət altına alınması üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. Bununla bağlı aidiyyəti tərəflərlə intensiv təmaslarımızı davam etdiririk.
Biz tərəfləri güc tətbiqindən əl çəkməyə və daha da gecikmədən bu baxışa uyğun olaraq qalıcı həll yoluna çalışmağa dəvət edirik” - Türkiyə XİN-nin bəyanatında qeyd olunur.
Mənbə: Haber Global
"Fələstin" teqi üzrə xəbərlər
- "İraq İslam Müqaviməti" hərəkatı üç dəfə İsrail hədəflərinə hücum edib
- İsrail müharibənin mərkəzini Qəzzadan Livana dəyişir: "Qarşıdurma qaçılmaz olacaq"
- Fələstin prezidenti Qəzzaya buraxılmadı
- Suriya fələstinlilər üçün viza tələbini ləğv etdi
- Türkiyəli professor: "HƏMAS uzun illər Yaxın Şərq və Fələstin siyasətində ən mühüm aktor olacaq"
Rəylər