Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sursat dolu təyyarə İsraildə eniş etdi - VİDEO
İsrail ordusu üçün sursat daşıyan ilk ABŞ təyyarəsi İsrailə çatıb.
Bu barədə İsrail ordusunun Mətbuat Xidmətindən məlumat verilib.
“ABŞ hərbi sursatları ilə yüklənmiş ilk təyyarə İsrailə enib. Təyyarə gecə saatlarında Nevatim bazasına eniş edib. Sursatlar əhəmiyyətli zərbələr endirmək və əlavə döyüş ssenarilərinə hazırlıq üçün nəzərdə tutulub”, - deyə məlumatda bildirilib.
İsrail hərbçiləri dəstəyinə görə ABŞ-yə minnətdarlıqlarını bildiriblər.
“Bizim ortaq düşmənlərimiz bilirlər ki, ordularımız arasında əməkdaşlıq heç vaxt olmadığı qədər güclüdür və regionda təhlükəsizliyin, sabitliyin təmin edilməsi üçün əsas amillərdəndir”, - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden oktyabrın 7-dən bəri İsrail Baş naziri Benyamin Netanyahu ilə apardığı üçüncü telefon danışığı, eyni zamanda, Ağ Evdə Fələstin-İsrail münaqişəsi ilə bağlı çıxışı zamanı Vaşinqtonun zərurət yaranarsa, Yaxın Şərqə əlavə hərbi qüvvələr yerləşdirməyə hazır olduğunu bəyan edib. Həmçinin, regionda vəziyyətin pisləşməsindən sui-istifadə etməyə çalışanların ola biləcəyini də vurğulayıb. Bundan əlavə, Bayden bildirib ki, onun administrasiyası İsrailə təcili hərbi yardım göstərmək üçün ABŞ Konqresindən vəsait istəmək niyyətindədir.
Mənbə: TASS
"Benyamin Netanyahu" teqi üzrə xəbərlər
- İsrail HƏMAS-la atəşkəsi uzada bilər: Netanyahu tapşırıq verdi
- Tramp Qəzzanın gələcəyi barədə layihəsinin süni intellektlə hazırlanmış videosunu paylaşdı
- Ərdoğan Trampın planını TƏNQİD ETDİ: "Türkiyə buna yol verməyəcək"
- "Haber Global"da ABŞ dövlət katibinin İsrailə səfərinə həsr olunan süjet yayımlanıb
- Netanyahu: "Hizbullah" tərksilah edilməlidir"