17 
Okt
2023
00:34
45
162
5937
Virtual karabakh

Belçikadakı terror aktının səbəbi bəlli olub – YENİLƏNİB + VİDEO

17 Okt, 2023
00:34
5937

Belçikadakı terror aktının səbəbi bəlli olub – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belçikanın xarici işlər naziri Adca Labib Brüsseldə iki isveçli futbol azarkeşinin öldürülməsini terror aktı adlandırıb.

“Radikalizmlə mübarizə üçün bütün lazımi vasitələr səfərbər edilməlidir”, - o, “X” sosial şəbəkəsindəki (keçmiş “Twitter”) yazıb.

Qeyd edək ki, Brüsseldə atəş açaraq iki isveçlini öldürən şəxs İŞİD terror qruplaşmasına aid olduğunu iddia edən video paylaşıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə o, “müsəlmanların qisasını almaq üçün” iki nəfəri güllələdiyini deyib.

23:32

Belçikadakı silahlı hücumun bəzi detalları məlum olub.

Məlumata görə, hadisə Belçika və İsveç milli komandaları arasında futbol matçının keçirildiyi “Heysel” stadionundan təxminən 5 kilometr aralıda baş verib.

Polisin sözçüsü İlse Vande Keer bildirib ki, polis hadisə yerinə gəlib və ərazini mühasirəyə alıb.

O, atışmanın başqa təfərrüatı və ya şəraiti barədə məlumat verməyib.

Hücumun HƏMAS-ın İsrailə qarşı hucumu ilə bağlılığı və ya dini zəmində törədildiyi güman olunur.

Mənbə: meduza.io

23:09

Brüsseldə naməlum şəxs atəş açıb.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

İlkin məlumatlara görə, insident nəticəsində iki İsveç vətəndaşı həlak olub. Avtomatdan atəş açan şəxsin hazırda azadlıqda olduğu bildirilir.

Hadisənin digər detalları açıqlanmır.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri