Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gürcüstanda Qara dənizdə baş verən qasırğanın gücü 100 illik tarixi maksimuma çatıb - VİDEO
Gürcüstanda Qara dəniz sahillərində baş verən qasırğanın gücü tarixi maksimuma çatıb və 8 bal təşkil edib.
Bu barədə Batumi bulvarının direktoru Laşa Mikeladze məlumat verib.
Onun sözlərinə görə, Qara dənizdə 100 ildir belə qasırğa qeydə alınmayıb.
“Böyük həcmdə dəniz suyu sahilə vurub ki, bu da Batumi bulvarında drenaj sistemlərini sıradan çıxarıb və nəticədə lokal daşqınlara gətirib çıxarıb. Müvafiq xidmətlər 24 saat fövqəladə iş rejimində işləyirlər. Ərazi təmizlənir. Hava açılan kimi işlər daha fəal şəkildə həyata keçiriləcək”, - deyə Laşa Mikeladze “Rustavi 2” telekanalında yayımlanan çıxışında bildirib.
Xatırladaq ki, ötən gün nəhəng dalğalar Kobuleti şəhərini vurub və yoluna çıxan hər şeyi dağıdıb.
Səkkiz bal gücündə qasırğa və külək Gürcüstanın Qara dəniz sahillərində yerləşən yaşayış məntəqələrində sahil infrastrukturuna böyük ziyan vurub.
Batumi və Kobuleti kurort şəhərləri, eləcə də Poti liman şəhəri dalğalardan və güclü küləkdən zərər görüb.
Mənbə: “Sputnik” Gürcüstan “Telegram”
Rəylər