Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsrail BMT Baş Assambleyasını antisemitizmdə ittiham edib
“İldən-ilə Birləşmiş Millatlər Təkilatının (BMT) Baş Assambleyası (BA) antisemitizmin təzahürü kimi qiymətləndirilə bilən İsrail hakimiyyətinin hərəkətlərini pisləyən qətnamələr qəbul edir”.
Bu sözlərlə İsrailin dünya təşkilatındakı daimi nümayəndəliyinin diplomatı Reut Şapir Ben-Naftali çıxış edib.
“Bu assambleya ildən-ilə İsraili günahlandıran qətnamələr qəbul edir. Lakin HƏMAS terrorçularının törətdiyi dəhşətli cinayətlər fonunda səssiz qalır. Bu, ikili standartların və antisemitizmin klassik tərifidir”, - deyə o, BMT-nin BA-nın Fələstin üzrə plenar iclasında çıxışı zamanı bildirib.
O, həmçinin BMT mandatlarının və vəsaitlərinin siyasi məqsədlər üçün istifadəsinə, həmçinin BMT-nin İsrailə qarşı kinli kampaniyasına son qoymağa çağıracaqlarını deyib.
Xatırladaq ki, oktyabrın sonunda İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan dünya təşkilatının Baş Assambleyasının Fələstinin HƏMAS hərəkatını pisləyən düzəlişi rədd edərək, Yaxın Şərq qətnaməsini qəbul etməsindən sonra BMT-nin legitimliyini itirdiyini bildirib.
Mənbə: TASS
"BMT" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad
Rəylər