Yan
2024
14:26
23
257
2863
Virtual karabakh

Yaponiyada güclü zəlzələ nəticəsində ölənlərin sayı artdı - YENİLƏNİB

4 Yan, 2024
14:26
2863

Yaponiyada güclü zəlzələ nəticəsində ölənlərin sayı artdı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 82-yə çatıb.

Məlumata görə, hazırda dağıntılar altında qaldığı ehtimal edilən 80 nəfərin axtarışları davam edir.

Ümumilikdə təbii fəlakətdən 339 nəfərin xəsarət aldığı təxmin edilir.

11:34

Artıq dörd gündür ki zəlzələlər davam edən Yaponiyanın təbii fəlakət zonasında ən azı 51 nəfər itkin düşüb.

Fövqəladə hallar, polis və ölkənin Özünümüdafiə Qüvvələrinin əsgərlərinin iştirak etdiyi ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.

Son məlumatlara görə, Yeni il günü Yaponiyanın mərkəzində baş verən silsilə güclü zəlzələlər nəticəsində ən azı 77 nəfər ölüb, 100-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. İşikava prefekturasında zəlzələdən sonra yaranan çoxsaylı yanğın nəticəsində 200-dən çox yaşayış binası məhv olub. Eyni zamanda yerli hakimiyyət orqanları xəbərdarlıq edir ki, dağıntıların faktiki miqyası daha böyük ola bilər, çünki onlar hələ də qiymətləndirilməkdədir.

Qeyd edək ki, 30 mindən çox insan təxliyə mərkəzlərində qalmağa davam edir. Zəlzələlər başlayandan sonra ilk günlərdə Yaponiyanın mərkəzi və qərbində 60 mindən çox sakin təxliyə olunmaq məcburiyyəti ilə üzləşib. 33 mindən çox ev hələ də işıqsız qalıb, internet və mobil rabitədə fasilələr yaşanır. Bəzi kəndlərdə su və yanacaqla bağlı problemlər davam edir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri