Yaponiyada seysmoloqlar yanvarın ilk iki günündə son üç ildəkindən daha çox zəlzələ qeydə alıblar.
Bunu ölkənin milli meteorologiya departamentinin statistikası sübut edir.
Məlumatdan aydın olur ki, 2024-cü ilin ilk iki günündə ölkədə müxtəlif gücdə ən azı 521 zəlzələ baş verib, təkanların ən güclüsü 7,6 bal gücündə olub. Halbuki 2020-ci ilin dekabrından 2023-cü ilin dekabrına qədər ölkədə ümumilikdə 506 zəlzələ qeydə alınıb.
Qeyd edək ki, son məlumatlara görə, təbii fəlakət nəticəsində 73 nəfər həlak olub. Ölənlərin böyük əksəriyyəti İşikava prefekturasının Vacima və Suzu şəhərinin sakinləri olub. 100-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Mənbə: TASS
10:58
Yaponiyada baş vermiş güclü zəlzələdə ölənlərin sayı 62 nəfərə çatıb.
Bu barədə regional hakimiyyət orqanları tərəfindən məlumat verilib.
Bildirilir ki, azı 300 nəfər yaralanıb.
Məlumata görə, ölkənin qərbində ən çox zərər çəkmiş Noto yarımadasında xilasetmə işləri afterşoklar fonunda davam edir.
Davam edən təkanlara görə, fəsadların tam miqyası məlum deyil, dağıntılar və dağılmış yollar yardımın çatdırılmasına, həmçinin xilasetmə işlərinə mane olur.
“Vəziyyət fəlakətlidir, evlərin təxminən 90%-i qismən, ya, demək olar ki, tamamilə dağılıb”, - deyə Suzu meri Masuhiro İzumiya prefektura hökumətinin iclasında deyib.
Bu arada torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıqlar edilib.
Son məlumatlara görə, təxliyə edilənlərin sayı 57 360 nəfər olub.
Xatırladaq ki, yanvarın 1-də Yaponiyanın qərbində 7,6 bala çatan güclü zəlzələlər baş verib, sunami xəbərdarlığı edilib. Yanvarın 2-də Yaponiya Meteorologiya Agentliyi onu ləğv etdi, lakin yaxın günlərdə və həftələrdə daha güclü təkanların mümkün ola biləcəyini bildirib. Təbii fəlakət 1885-ci ildə müşahidələr başlayandan bəri regionda baş verən ən güclü zəlzələ hesab edilib.
Mənbə: Kyodo News
Rəylər