Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Pandemiya qayıdır? - ÜST rəhbərindən maskalarla bağlı çağırış + FOTO
Bir çox ölkədə bir neçə həftə ərzində yoluxma halların sayının artması səbəbindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus bütün dünyada insanları yenidən maska taxmağa və koronavirusa qarşı peyvənd olunmağa çağırıb.
Bununla bağlı o, özünün “X” hesabında paylaşım edib.
“Bir neçə həftədir ki, bir çox ölkələrdə koronavirus və qripin səbəb olduğu respirator xəstəliklərin sayı artmaqdadır. Bunun son bayramlardan sonra da davam edəcəyi gözlənilir”, - deyə Tedros bildirib.
O, həmçinin hər kəsə koronavirus infeksiyasına dair testdən keçməyi və simptomları olduqda həkimə müraciət etməyi tövsiyə edib.
“Təsiri azaltmaq üçün maskalardan, havalandırmadan istifadə etməyə və məsafə saxlamağa davam edin. Həmçinin özünüzün və yaxınlarınızın koronavirus və qripə qarşı peyvənd olunduğundan əmin olun”, - deyə ÜST rəhbəri bildirib.
Respiratory illnesses from #COVID19, flu and other pathogens have been on the increase in many countries for weeks and this is expected to continue following the recent holidays.
— Tedros Adhanom Ghebreyesus (@DrTedros) January 5, 2024
As individuals: make sure to test and seek care when needed because COVID-19 treatments can prevent…
Rəylər