14 
Mar
2024
17:10
13
422
3216
Virtual karabakh

“Türk ulduzları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub - YENİLƏNİB - FOTO/VİDEO

14 Mar, 2024
17:10
3216

“Türk ulduzları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub - YENİLƏNİB - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konyada “Türk Ulduzları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, həyatını itirən təyyarənin qəzaya uğradığı ərazidə uçuş-enmə zolağının təmiri işləri ilə məşğul olan şəxs olub.

Belə ki, qəzaya uğrayan təyyarənin “Türk Ulduzları”nın parkına düşdüyü bildirilir.

Təyyarənin pilotu isə katapult edərək xilas olub.

14:49

Türkiyənin Konya vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.

Qeyd olunur ki, təlim təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk ulduzları” pilotaj qrupuna məxsus olub.

Qəzanın baş verdiyi əraziyə xilasetmə qrupları ezam olunub.

Hələlik  hadisənin digər təfərrüatı məlum deyil.

Mənbə: Yenisafak.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri