Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İkardi yeni sevgilisini göstərdi
Vanda Nara ilə boşanma prosesində olan "Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi yeni sevgilisi ilə fotolarını paylaşıb.
Oxu.Az xəbər verir ki, zədəsini Argentinada müalicə etdirən İkardi yeni sevgilisi, argentinalı aktrisa Çina Suareslə görüntülənib.
"Ən yaxşı hekayələr heç gözləmədiyin anda gəlir deyirlər. Tale elədir ki, o həmişə iki insanı bir araya gətirməyin bir yolunu tapır. Çünki elə görüşlər olur ki, sanki ulduzlara yazılıb. Uşaqlığımızdan bəri hər gecə birlikdə izlədiyimiz və arzuladığımız görüşlər... Bu gün daha çox işarəyə ehtiyacım yoxdur. Bilirəm ki, səninlə olmalı olduğum yerdəyəm", - İkardi "Instagram"da yazıb.
"Mauro İkardi" teqi üzrə xəbərlər
- Mauro İkardidən boşanan Vanda Nara borc içində üzür
- Vanda Naranın sevgilisi İkardi ilə mesajlaşmasını paylaşdı: Ulduz futbolçudan SƏRT REAKSİYA
- Vanda Nara Türkiyədə "ilin qadını" seçildi
- Mauro İkardi yenə öz ampluasında - "Fənərbağça"nı hədəf aldı
- Mauro İkardiyə SİYAHI göndərildi: Naranın boşanma şərtləri ortaya çıxdı