Vanda Naranın sevgilisi Martin Migeleslə Mauro İkardi arasında gərginlik yaşanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Argentinanın "Ciudad Magazine" nəşri məlumat yayıb.
Hadisə İkardinin Nordeltadakı evində, polis əməkdaşlarının iştirakı ilə baş verib. Görüntülərdə Migeles futbolçuya sərt şəkildə müraciət edərək onu təhdid edir:
"Mən L-Qante deyiləm, Maksi Lopes də deyiləm. Mənimlə bacara bilməzsən. Mənə hörmətsizlik etmə. Ağzını dağıdaram. Sadəcə səni xəbərdar edirəm".
İkardi isə polislərə müraciət edərək onların şahid olduğunu vurğulayıb: "Görürsünüz, məni hədələyir".
Qeyd edək ki, bu qarşıdurma Vanda Nara ilə Mauro İkardi arasında davam edən ailə münaqişəsi fonunda baş verib.