"Dövlət teatrlarında bədii rəhbər, baş rejissor kimi vəzifələr bərpa edilməlidir".
Oxu.Az xəbər verir ki, bunu teatr tənqidçisi, teatrşünas, əməkdar incəsənət xadimi İlham Rəhimli Milli Məclisin Mədəniyyət komitəsinin "Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası" mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.
O bildirib ki, baş rejissorsuz, bədii rəhbərsiz teatr fəaliyyət göstərə bilməz:
"Həmçinin bu gün bir-iki manata bilet satılır və 10-30 faizə qədər vergi tutulur. Teatrı bizneslə qarışdırmaq olmaz".