29 
Okt
2014
17:52
43
16
2512
Virtual karabakh

“AvtoFM” təqdim edir: “Muğam dünyası” - AUDİO

29 Okt, 2014
17:52
2512

“AvtoFM” təqdim edir: “Muğam dünyası” - AUDİO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Radionun yenilikləri bununla bitmir.

107.7 - “AvtoFM” radiosu bu həftədən etibarən hər bazar günü, saat 13.00-dan 14.00-dək “Muğam dünyası” adlı yeni layihəsini təqdim edəcək.

Oxu.Az xəbər verir ki, məqsəd Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı olan muğamı gənc nəslə daha da sevdirməkdir.

Məlumat üçün bildirək ki, çağdaş Azərbaycan musiqisində 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır.

“AvtoFM” radiosunda muğamdan bəhs edən verilişin yayımlanması isə təqdirəlayiqdir.

Qeyd edək ki, radio əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa olaraq Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barəsində maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, NİİM-də olan məlumatları ictimaiyyətlə paylaşmaq məqsədi daşıyır.

“AvtoFM” radiosunda ənənəvi informativ və əyləncəli xarakter daşıyan proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanır.

Radionun yenilikləri bununla bitmir. Bütün bunlardan xəbərdar olmaq istəyirsinizsə, mütləq radiodalğalarınızı 107.7 fm tezliyində yayımlanan “AvtoFM”ə kökləyin və saytımızı izləməkdə davam edin.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri