Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kürdəmirdə doğuş zamanı ÖLÜM
Kürdəmirdə doğuş üçün xəstəxanaya gətirilən 20 yaşlı ananın uşağı ölü doğulub.
Rayonun Sor-Sor kənd sakini 2004-cü il təvəllüdlü Nailə Cəfərova noyabr ayının 6-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. Noyabrın 11-nə kimi müalicə olunaraq xəstəxanadan xaric olub.
Noyabr ayının 15-də isə onun ağrıları tutduğu üçün yenidən doğuş üçün xəstəxanaya müraciət edib amma uşağın ana bətnində ölü olduğu məlum olub.
Uşağın atası Cahid Cəfərovun sözlərinə görə, həkim onlara hər şeyin qaydasında olduğunu deyib:
"Həkimə dedim ki, əgər yoldaşımın vəziyyəti ağırdırsa, göndərişlə onu Bakıya aparaq. Dedi ki, narahat olmayın. Mənim xəstəm var, Bakıya gedib çatdırıb qayıdacağam. Mənim övladımı tələf etdilər".
Qeyd edək ki, ötən günlərdə Zaqatalada da yeni doğulan körpə ölümü qeydə alınmışdı.
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Prezident Qarabağ həqiqətlərini bir daha dünyanın diqqətinə çatdırdı - Bizdən nə danışırlar?
- Rəsmi Moskva və Kiyev razılıq əldə etməsələr, nə baş verəcək? - Xəbərlərin 20:00 buraxılışı
- Prezident Ermənistana və onun ağalarına sərt mesajlar verdi
- Sahibsiz itlər məktəbin həyətində məskən salıb: Uşaqlar təhlükədə
- Stiven Hokinqin sözləri düz çıxdı?