Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Meksika prezidenti Trampa cavab verdi
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətinə cavab olaraq Amerika qitəsinin Meksika adlandırılmasını təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Aydındır ki, Meksika körfəzi BMT tərəfindən tanınan addır. Bəs niyə biz qitəni Meksika Amerikası adlandırmırıq? Gözəl səslənir, elə deyilmi?", - deyə respublika rəhbəri gündəlik mətbuat konfransında bildirib.
Sübut kimi o, müasir Birləşmiş Ştatların ərazisinin Meksika Amerikası kimi qeyd edildiyi "Ost-Hind" şirkətinin sifarişi ilə hazırlanmış 1607-ci ilə aid tarixi xəritəni göstərib.
Şeynbaum bildirib ki, Donald Trampın ABŞ prezidentliyi kürsüsünə rəsmən oturmasını gözləmək lazımdır.
"Mən Prezident Trampla münasibətlərin yaxşı olacağına inanmaqda davam edirəm", - Meksika lideri əlavə edib.

"Donald Tramp" teqi üzrə xəbərlər
- Trampın amerikalılar arasında reytinqi rekord həddə çatıb
- Tramp İranı hədələdi: "Husilərlə kifayətlənməyəcəyik"
- Məzhəkə mərkəzinə çevrilən Avropa Parlamenti - deputatlar ABŞ-dən Azadlıq heykəlini geri istəyirlər
- Kreml Putinin sabah Trampla telefonla danışacağını təsdiqlədi
- Tramp: "ABŞ Moskva və Kiyevlə aktivlərin bölüşdürülməsini müzakirə edir"