Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ husiləri dəniz quldurları sayır
ABŞ Yəmənin şimalında hökmranlıq edən "Ənsar Allah" hərəkatını dəniz quldurları və Qırmızı dənizdə daimi təhlükə mənbəyi hesab edir.
Oxu.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus "Fox Business" telekanalına müsahibəsində bildirib.
"Bunlar dünyanın hamımıza təsir göstərən hissəsinə nəzarət edən dəniz quldurlarıdır və bu bitəcək", - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Xatırladaq ki, martın 16-na keçən gecə ABŞ öz gəmilərini qorumaqdan ötrü husilərə qarşı genişmiqyaslı əməliyyata başlayıb: ABŞ ordusu Yəmən ərazisindəki hədəflərə silsilə zərbələr endirib.
"Ənsar Allah (husilər)" teqi üzrə xəbərlər
- Ağ Ev: "Tramp Pentaqonun rəhbəri Pit Heqseti qəti şəkildə dəstəkləyir"
- Husilər ABŞ-nin təyyarədaşıyan gəmilərinə zərbələr endiriblər
- ABŞ Sənada husilərin düşərgələrinə 21 zərbə endirib
- ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin və yaralananların sayı artdı
- Pentaqon rəhbərinin müşaviri məlumat sızması ilə bağlı araşdırma səbəbindən məzuniyyətə göndərilib