Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İstanbulda "Əl-Qaidə" əməliyyatı: İki əsas üzvü saxlanıldı
İstanbul Polis İdarəsi tərəfindən "Əl-Qaidə" terror təşkilatının Türkiyə strukturu ilə bağlı ölkədə əməliyyat həyata keçirilib.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, əməliyyat nəticəsində təşkilatın iki əsas üzvü saxlanılıb.
2018-ci ildən gizlənən və barələrində həbs cəzası olan iki qardaş Avcılar rayonunda yerləşən binanın zirzəmisində ələ keçirilib.
Qaçaq olduqları üçün barələrində qiyabi həbs hökmü oxunan qardaşlardan birinə "Silahlı terror təşkilatına üzv olmaq" maddəsi ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə, digərinə isə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
45 və 51 yaşlarında olan şəxslərin "Əl-Qaidə" adından fəaliyyət göstərdikləri, təşkilatdan əmr və göstərişlər aldıqları məlum olub.
Batmanda qeydiyyatda olduqları müəyyən edilən şübhəlilərin təşkilatın çöllük ərazilərdə keçirilən təlim düşərgələrinə qatılıb-qatılmadıqları araşdırılır. Müvafiq prosedurlardan sonra qardaşlar tutularaq həbsxanaya göndəriliblər.
"Türkiyə" teqi üzrə xəbərlər
- Rəsmi İrəvan: "Ermənistan martın 1-dən sərhəd-keçid məntəqələrində nəzarəti müstəqil həyata keçirir"
- Türkiyədə qadınları yalandan hamilə olduqlarına inandıran "İlin həkimi": Çox sayda körpəni "öldürüb"
- "Haber Global"da Türkiyənin əsas silah tədarükçülərinin adları açıqlanıb
- Akif Çağatay Kılıç: "Dünyanı idarə edənlərin siyasətləri fiaskoya uğrayıb"
- İranın XİN başçısı: "Tehran və Vaşinqton təmas saxlayır"