"Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumun ikinci günü "COP29: Belemə sıçrayış - Transformasiyanın sürətləndirilməsi" mövzusunda panellə yekunlaşıb.
Oxu.Az xəbər verir ki, forumun ikinci günü ərzində iştirakçılar, həmçinin Yaxın Şərqdə cərəyan edən hadisələri, Ukrayna - Avropa Birliyi münasibətlərini müzakirə edib, "Yeni dünya nizamında orta güclər" və "Sülh üçün yenidənqurma - Münaqişədən sonra bərpa və regional sabitlik" mövzularında panel sessiyalarında fikir mübadiləsi aparıblar.
Daha çox foto burada: PhotoStock.Az
"Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumun ikinci günü başlayıb.
Oxu.Az xəbər verir ki, forumda ilk müzakirələrin moderatoru Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin prezidenti və icraçı direktoru Süzan Elliotdur. Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu müzakirələrdə çıxış edəcək.
Sonra isə "Sülhə doğru addım" adlı panel müzakirələrinə start veriləcək.