Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda həqiqi hərbi xidmətin müddəti azaldılmayacaq - SƏBƏB
Müddətli hərbi xidmətin orta təhsillilər üçün 18 aydan 12 aya, ali təhsillilər üçün 12 aydan 6 aya endirilməsi ilə bağlı təklifin qəbul edilməsi məqsədəmüvafiq hesab edilməyib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, həqiqi xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi-siyasi islahatların aparılmasını şərtləndirir.
Müddətli həqiqi hərbi xidmətin alternativ xidmət haqqında təkliflər insanlar tərəfindən geniş müzakirə olunur və gündəmdədir.
"Lakin orta təhsilli vətəndaşlar üçün 18 aydan 12 ayadək, ali təhsilli vətəndaşlar üçün isə 12 aydan 6 ayadək endirilməsi barədə təklifin nəzərə alınacağı təqdirdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranacaq. Bu da regionda real hərbi təhdidlərin olduğu indiki zamanda Azərbaycan Ordusunun əsgər və çavuş heyəti ilə komplektləşdirilməsində çətinliklər yaradacaq", - hesabatda qeyd olunub.
"Hökumətin Milli Məclisdə hesabatı - 2025" teqi üzrə xəbərlər
- Məcburi köçkünə ərə getmiş və ya ondan boşanmış qadına müavinət verilə bilər
- Parlamentdə heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi təklif olunub
- Azərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib
- Azərbaycan Ermənistanla şərti sərhədinin 202.5 km-lik hissəsində müdafiə mövqelərini möhkəmləndirib
- Müdafiə Sənayesi Nazirliyinin müəssisələrin ötən il istehsal etdiyi məhsulların dəyəri açıqlandı