Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Neftçi" "Everton"un sabiq futbolçusunu transfer etdi
"Neftçi" Seneqaləsilli ingiltərəli hücumçunun transferini açıqlayıb.
Klubdan Oxu.Az-a verilən məlumata görə, "ağ-qara"lar Bassala Sambu ilə anlaşıb.
Doqquz nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1.5 illik müqavilə bağlanıb.
Karyerasına İngiltərədə başlayan Sambu "Koventri" klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə "Everton"la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı "Randers"lə Danimarka kubokunu qazanıb. Sonuncu klubu "Enosis Neon Paralimni"nin (Kipr) heyətində 2024/2025-ci illər mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.
"Neftçi"nin danışıqlar apardığı iki hücumçudan biri artıq Azərbaycana gəlib.
Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, 27 yaşlı Bassala Sambu yerində görüşmələr keçirmək, həmçinin klubun şəraiti ilə yaxından tanış olmaq üçün Bakıya təşrif buyurub.
İngiltərə pasportu daşıyan ön xətt oyunçusu futbolda ilk addımlarını "Koventri Siti"də atıb. 2016-2019-cu illəri "Everton"da keçirib.
Daha sonra Niderlanda yollanıb, 3 il "Fortuna Sittard"a məxsus olub. "Fortuna" onu bu müddətdə Danimarka "Randres"inə icarəyə verib.
"Neftçi PFK" teqi üzrə xəbərlər
- "Sabah" bir mövsümdə heç-heçə rekordunu təkrarlayıb
- Cavid Hüseynov niyə istefaya göndərildi?
- İsveçrə klubunun futbolçusu Azərbaycan millisinə dəvət olundu
- Misli Premyer Liqasında bu tur səkkiz oyunçu komandasına kömək edə bilməyəcək
- Azərbaycan millisinə ilk dəfə dəvət olunan futbolçu: "Azarkeşlərimizi qələbə ilə sevindirərik"