Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Erməni əsgərin sərhəddəki təxribatı: İntizamsızlıq, yoxsa planlaşdırılmış ssenari?
Ermənistan tərəfi mütəmadi olaraq atəşkəsi pozması ilə yanaşı, digər təxribat üsullarına da əl atır.
Oxu.Az xəbər verir ki, "Caliber" Azərbaycan hərbçilərinə qarşı yolverilməz hərəkətlər edən erməni əsgərin görüntülərini yayıb.
Qeyd olunub ki, erməni hərbçilərinin sərhəd zonasında nizamnaməyə zidd davranması, Azərbaycan əsgərlərinə qarşı təxribat xarakterli addımları Aİ missiyasının gözləri önündə baş verir.
"Belə hərəkətlərin doğurduğu nəticələrin məsuliyyəti Ermənistanın üzərinə düşəcək. Bu təxribatlar ya ordudakı intizamsızlığın göstəricisi, ya da əvvəlcədən planlaşdırılmış ssenaridir. Hər iki halda, eskalasiyanın əsas səbəbkarı İrəvandır", - məlumatda qeyd olunur.
"Azərbaycan və Ermənistan" teqi üzrə xəbərlər
- Türkiyəli generaldan XƏBƏRDARLIQ: "Ermənistan müharibə istəsə, tarixin ən ağır bədəlini ödəyəcək"
- Aİ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
- İrəvan Bakıdan sülh sazişi layihəsi ilə bağlı təkliflərə cavab alıb
- Paşinyan Koşta ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib
- Zaxarova: "Üçtərəfli işçi qrupunun fəaliyyəti Ermənistana görə dondurulub"