"Rəsmi İrəvan Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə qaldırdığı iddiaları hələlik geri çəkməyib".
Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş nazirinin aparat rəhbəri Lilit Makunts deyib.
Makunts əlavə edib ki, sülh danışıqları prosesinin məntiqinə uyğun olaraq, gələcəkdə tərəflərin qarşılıqlı şikayətlərinin ləğv edilməsi barədə qərarın verilməsi istisna olunmur.
"Bu addımın atılması yalnız Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanacağı təqdirdə reallaşa bilər", - deyə aparat rəhbəri sözlərinə aydınlıq gətirib.