Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Fransanın artan müdafiə xərcləri ilə bağlı problemləri yaranıb
Müdafiə xərclərini ÜDM-in 3%-nə qədər artırmaq üçün Fransaya hər il əlavə 30 milyard avro lazımdır.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.
Qeyd olunur ki, ölkə Avropa İttifaqında (Aİ) ən böyük büdcə kəsirlərindən birinə malikdir.
"Scope Ratings" reytinq agentliyi daha əvvəl bildirmişdi ki, Paris Avropanın təhlükəsizliyinin gücləndirilməsində ölkənin mərkəzi rolunu nəzərə alaraq hökumətin büdcə kəsirini azaltmaq və müdafiə xərclərini artırmaq öhdəliyini uzlaşdırmaq üçün çətin büdcə kompromislərinə doğru irəliləyir.
Analitiklər müəyyən ediblər ki, Fransanın artan müdafiə xərcləri daha sərt büdcə tədbirləri ilə kompensasiya olunmasa, 2029-cu ilə qədər ölkənin dövlət borcu ÜDM-in 120%-ni keçəcək.
"Fransa" teqi üzrə xəbərlər
- Makron bəzi ölkələrin baş qərargah rəisləri ilə görüşüb
- Fransadan Ukraynaya 195 milyon avroluq yeni hərbi yardım
- İtaliyanın baş nazirinin müavini Makronu "dəli" adlandırdı
- Ukrayna ilk dəfə döyüşdə Fransanın "Mirage" qırıcı təyyarələrindən istifadə etdi
- BAEA rəhbəri Makronu qınadı: "Bir neçə il əvvəl belə müzakirələr tabu hesab olunardı"