Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

FHN-in Tibb Xidmətinin rəisi istefa verdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən istefa verib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Tibb Xidmətinin rəisi polkovnik-leytenant Vəfa Dadaşova öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.
Bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
FHN-in Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini general-mayor Rəfail Mehdiyev rəis əvəzi təyin olunub.
Qeyd edək ki, Vəfa Dadaşova ötən ilin may ayında sözügedən vəzifəyə təyin edilib. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyev isə ötən ilin oktyabr ayında tibb işləri üzrə rəis müavini təyin olunub.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- "Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi
- "Bakı Tekstil Fabriki" MMC-yə məxsus tikiş sexinin fəaliyyəti dayandırıldı
- Gəncədə bəzi attraksionların istismarı dayandırılıb
- "Dərnəgül"də taxta bazarında yanğın olub
- FHN-in sabiq rəsmisi: "Tapşırdılar ki, işçilər işdən azad edilmə ərizəsini yazsınlar"