Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Əlilliyə görə müavinət alan şəxslərin siyahısı genişləndirildi - FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916 (Cild I) 1.1.2-ci, 1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinin birinci abzasları aşağıdakı redaksiyada verilir:
"1.1.2. əlillik ümumi xəstəliklə, hərbi xidmət dövrü ilə, istehsalat zədəsi ilə, peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət:";
"1.1.3. əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar səbəblərdən baş verdikdə:";
"1.1.4. əlillik Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən baş verdikdə:".
Beləliklə, terror hadisəsi ilə əlaqədar səbəblərdən əlillik baş verdikdə əlilliyə görə müavinət təyin ediləcək.
Müavinətin məbləği aşağıdakı kimidir:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 270 (iki yüz yetmiş) manat;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 220 (iki yüz iyirmi) manat;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 150 (yüz əlli) manat.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib
- DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirildi
- İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
- İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib
- Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı təsdiqləndi