Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İcra başçısı təyin olunan şəxsin əvvəlki vəzifəsini kim icra edir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.
Nazirin əmri ilə Azər Eldar oğlu Rəhimov Dövlət Əmək Müfəttişliyi Xidmətində rəis müavini təyin olunub. O bundan əvvəl DOST Agentliyinin Hüquq departamentinin müdiri vəzifəsini tutub.
Qeyd edək ki, bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə idi. O, ötən ilin noyabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Fotoda Orxan Hüseynzadə:
Fotoda Azər Rəhimov
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)" teqi üzrə xəbərlər
- İki dostun dələduzluq planı: Sosial ev adı ilə qaçqınlar binasını göstərdilər
- Ödənişi gecikdirilmiş işçilərin pulları ödənildi
- DİN əməkdaşlarının maaşları ilə bağlı Nazirlər Kabinetindən QƏRAR
- Sığınacağı intihar edəcəyi ilə hədələyən qadın uşağını geri aldı
- DOST Agentliyində yüksək vəzifələrə TƏYİNATLAR