Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gün ərzində neçə saat televizor izləmək təhlükəsizdir? - Alimlərdən AÇIQLAMA
İnfarkt, insult və aterosklerozdan qorunmaq üçün televizor izləmə müddətini gündə bir saatla məhdudlaşdırmaq lazımdır.
Oxu.Az-ın xəbərinə görə, bu qənaətə Honq Konq Universitetindən olan alimlər gəliblər və araşdırma nəticələri "Journal of the American Heart Association" jurnalında dərc olunub.
Ateroskleroz damarların divarlarında yağlı "lövhələrin" əmələ gəlməsi nəticəsində inkişaf edir. Damarların daralması və belə bir "lövhə"nin qopması ürək xəstəlikləri, insult və periferik arteriya xəstəliklərinə yol aça bilər.
2-ci tip şəkərli diabet və oturaq həyat tərzi aterosklerotik ürək-damar xəstəlikləri üçün əsas risk faktorlarıdır. İnsanlar xüsusən də oturaq vəziyyətdə televizor izləməklə çox vaxt keçirirlər.
Sağlamlığa zərər vermədən televizor izləməyin nə qədər mümkün olduğunu müəyyənləşdirmək üçün alimlər 2-ci tip şəkərli diabetə müxtəlif genetik meyilləri olan 346 916 Böyük Britaniya vətəndaşının iştirakı ilə araşdırma aparıblar. Hər bir könüllü üçün 138 genetik variant əsasında diabetin inkişafı üzrə poligenik risk indeksi hesablanıb.
Araşdırma nəticələri göstərib ki, gündə iki saatdan çox televizor qarşısında vaxt keçirənlər aterosklerotik ürək-damar xəstəliklərindən 12% daha çox əziyyət çəkirlər. Bu təsir, diabetin inkişafı üzrə genetik riskdən asılı olmayaraq müşahidə edilib.
Həmçinin müəyyən olunub ki, şəkərli diabetə meyilli olan iştirakçılarda, gündə bir saatdan çox televizora baxmadıqları təqdirdə, aterosklerozun inkişaf riski artmayıb.
Alimlər bildiriblər ki, oturma müddətinin azaldılması ictimai sağlamlığın yaxşılaşdırılması üçün mühüm vasitədir. Belə faydalı vərdişlər "pis genetikanın" mənfi təsirini neytrallaşdıra bilər.
"Ürək-damar xəstəlikləri" teqi üzrə xəbərlər
- Bəzi vitaminlərin çox qəbulu orqanizmə ziyan vurur - Həkimdən XƏBƏRDARLIQ
- Qan damarlarını gücləndirmək üçün ən yaxşı məhsullar açıqlandı
- Enerji içkilərinin səbəb ola biləcəyi XƏSTƏLİKLƏR
- Göz bəbəyində dəyişiklik və dırnağın qalınlaşması nəyin siqnalıdır?
- Unikal hadisə: Rusiyada pasiyentin ürəyi 24 saatda 25 dəfə dayandı, amma sağ qaldı