Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

UEFA-dan "Atletiko" - "Real Madrid" oyunundakı mübahisəli penaltiyə REAKSİYA
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının 1/8 finalında "Real Madrid"lə oyunda (1:0, pen. 2:4) "Atletiko"nun hücumçusu Xulian Alvaresin ləğv edilmiş penalti zərbəsi ilə bağlı açıqlama yayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Championat" məlumat verib.
"Atletiko Madrid" UEFA Çempionlar Liqasında "Real Madrid"lə matçın sonunda Xulian Alvaresin vurduğu penalti qolunun nəzərə alınmaması ilə əlaqədar insidentlə bağlı UEFA-ya müraciət edib.
Təmas minimal olsa da, əlavə edilmiş videoda göstərildiyi kimi, oyunçu topu vurmazdan əvvəl dayaq ayağı ilə topa toxunub. Mövcud qaydaya ("Oyun qaydaları", qayda 14.1) əsasən, VAR qolun ləğv edilməli olduğu barədə hakimi xəbərdar etməli idi. UEFA ikiqat toxunmanın açıq-aydın qəsdən olmadığı hallarda qaydaya yenidən baxılmasının lazım olub-olmadığını müəyyən etmək üçün FIFA (Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası) və IFAB (Beynəlxalq Futbol Assosiasiyaları Şurası) ilə müzakirələrə başlayacaq", - UEFA-nın bəyanatında qeyd olunub.
Xatırladaq ki, argentinalı futbolçu "Real"ın qapısına qol vurub, lakin yerindən zərbə zamanı forvard iki dəfə topa toxunduğu üçün qol qəbul edilməyib.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli oldu
- Karlo Ançelotti UEFA Çempionlar Liqasında rekorda imza atıb
- Arda Gülerə şans verməyən Karlo Ançetlotti türkiyəli azarkeşlərin tənqidinə məruz qaldı
- UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin görüşlərinin keçiriləcəyi tarix bəlli oldu
- "Aston Villa" 42 illik həsrətə son qoyub