Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mağazalarda satılan toyuqların içərisinə buz doldurulur?
Vətəndaş mağazadan aldığı broyler toyuğunun içərisinin buzla doldurulduğunu bildirir.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, "Lebro" broyler toyuğunun içərisinə buz doldurulub və çəkisi artırılıb. Nəticədə, müştəri toyuğun öz real dəyərindən xeyli artıq pul ödəməli olub.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, dondurulmuş ət məhsullarının, xüsusilə toyuğun içərisinə buzun doldurularaq satışa verilməsi birbaşa istehlakçı hüquqlarının pozulmasıdır.
E.Hüseynov onu da vurğulayıb ki, bu cür hallara daha çox xaricdən gətirilən dondurulmuş ət məhsullarında rast gəlinir.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, bu cür hallarla qarşılaşanlar dərhal quruma məlumat versinlər.
Ətraflı süjetdə:

"Eyyub Hüseynov" teqi üzrə xəbərlər
- Çeklərdə fiskal və ya QR-kodların oxunmamasının səbəbi nədir?
- Azərbaycanda alıcılara şad, satıcılara bəd xəbər: Bazarda yeni "müharibə" başlayır
- Nazirlik məlumat verir, onlar da bir müddət özlərini yığışdırırlar: "Nəzarət isə yox dərəcəsindədir"
- Bakıdakı restoranlarda iyrənc mənzərələrin qarşısını necə almaq olar?
- Bakıda çörəklə bağlı təhlükəli vəziyyət: Köhnəni təzə bişirilənə qatırlar?