Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəkidə İlaxır çərşənbə adətləri
Bu gün Azərbaycanda Novruz bayramının dörd çərşənbəsindən sonuncusu - Torpaq çərşənbəsidir.
İlaxır çərşənbə hər yerdə olduğu kimi, Şəkidə də böyük sevinc və coşqu ilə qeyd olunur. Sakinlər son çərşənbənin baharın qışa qalib gəlməsinin rəmzi olduğunu deyirlər.
"İlaxır çərşənbədə hamı bir-birinə qonaq gedərdi, pay aparardı. Hətta bəzi kəndlərdə insanlar öz yaşıdları ilə toplaşar və onlardan biri qonaqlıq verərdi. Həm cavan, həm də yaşlı nəslin nümayəndələri hündür ağaclardan yelləncəklər asardılar və yellənməklə sağlamlıqlarına qovuşacaqlarına inanardılar", - deyə Nazilə Qafarova Novruz adətlərindən danışarkən söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində:

"Novruz bayramı" teqi üzrə xəbərlər
- Novruz bayramının qeyd olunmasının siyasi əhəmiyyəti nədən ibarətdir?
- Bayram günlərində təcili tibbi yardım xidmətinə 30 minə yaxın şəxs müraciət edib
- Gürcüstan prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi
- Türkiyəli bloqer Bakıdan İrəvana getdi və "Qarabağ" mahnısını ifa etdi
- Sabahdan bəzi məktəblərdə dərs başlayır