Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bayram günlərində təcili tibbi yardım xidmətinə 30 minə yaxın şəxs müraciət edib
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Oxu.Az xəbər verir ki, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2025 - 26.03.2025-ci il tarixlərində 14 370 çağırış daxil olub.
Bu çağırışlardan 1 284 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
58 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 15 598 çağırış daxil olub. 1 597 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Daha çox 21 və 22 mart tarixlərində müraciət qeydə alınıb.
Belə ki, 21.03.2025-ci il tarixində müraciət sayı 2 159, hospitalizasiya olunanların sayı 191, 22.03.2025-ci il tarixində müraciət sayı 2 134, hospital olunanların sayı 199 təşkil edib.
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" teqi üzrə xəbərlər
- Masazırda sərnişin avtobusu "Mercedes"lə toqquşdu: Xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Yasamalda vətəndaşın evini başına uçurdular: Saxlanılanlar var
- Həkimlərin çağırışa gəlməməsi iddiasına cavab: "Həyətlərdə xidmətdənkənar ambulanslar park olunur"
- Bakıda qaz balonu quraşdırılmış avtomobil yandı: Xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Sumqayıtda reabilitasiya mərkəzində yanğın: Xəsarət alan şəxsin son durumu AÇIQLANDI