Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin olunub.
Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Rəfail Əsədullayev təyinat alıb. O, 2023-cü ildən yeni təyinatadək Cəlilabad RMX-da Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müdiri vəzifəsində çalışıb.

Qaynar xətt:
(055) 224 12 12