Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıdakı restoranda İYRƏNC MƏNZƏRƏ: Mətbəxində siçovul gəzir
Bakıda yerləşən restoranlardan birinin mətbəxindəki antisanitariya faktı ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məşğul olur.
Bu barədə qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
"Məlum hadisə sosial şəbəkədə paylaşılıb. Fakt Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Hazırda araşdırmalar həyata keçirilir. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".
Bakının mərkəzi küçələrinin birində yerləşən restoranının mətbəxində siçovul görüntülənib.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, həmin görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb.
Onlar gülərək siçovulun haradan mətbəxtə gəlməsi ilə bağlı bir-birilərinə suallar veriblər.
Qeyd edək ki, həmin restoranın "Biblioteka" olduğu iddia edilir.
Həmin görüntüləri təqdim edirik :
Almaz Qasımova
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- AQTA quş qripinə görə Dövlət Gömrük Komitəsinə müraciət etdi
- Bakıda ayı əti SATILIR - İDDİA
- AQTA Türkiyədəki kütləvi zəhərlənmə ilə bağlı nəzarət tədbirlərini GÜCLƏNDİRDİ
- Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır
- Çin və Rusiyadan idxal edilmiş kürünün "Azerbaijan Caviar" adı ilə satışa çıxarıldığı aşkarlanıb