Lənkəran rayonunda intihar hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, rayonun Şirinsu kənd sakini, 1982-ci il təvəllüdlü Vüsal Hüseynov gecə saat 12 radələrində özünü asaraq intihar edib.
Onun meyiti yaşadığı evin 3-cü mərtəbəsindəki otaqda asılı halda aşkarlanıb.
Bildirilir ki, 2 uşaq atası olan V.Hüseynov ailədaxili münaqişə səbəbindən həyatına son qoyub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Rəylər