Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

UEFA Millətlər Liqası: Azərbaycan-Estoniya matçı qolsuz başa çatdı
UEFA Millətlər Liqasının C Liqasının V turu çərçivəsində Azərbaycan millisinin Estoniya ilə matçı başa çatıb davam edir.
Oxu.Az xəbər verir ki, matçda rəqiblər bir-birinin qapısına yol tapa bilməyib - 0:0.
5 turdan sonra Azərbaycan 1 xalla qrupda sonuncu yerdə qərarlaşıb, Estoniya xallarının sayını 4-ə çatdırıb.
Qrupun digər qarşılaşmasında İsveç Slovakiya ilə üz-üzə gələcək.
UEFA Millətlər Liqasının C Liqasının V turu çərçivəsində Azərbaycan millisinin Estoniya ilə matçında ikinci hissə davam edir.
Oxu.Az xəbər verir ki, ilk 45 dəqiqə qolsuz bərabərliklə başa çatıb.

UEFA Millətlər Liqasının C Liqasının V turu çərçivəsində Azərbaycan millisinin Estoniya ilə matçında ilk hissə başa çatıb.
Oxu.Az xəbər verir ki, 45 dəqiqə ərzində heç bir komanda qapılara yol tapa bilməyib.
UEFA Millətlər Liqasının C Liqasının V turu çərçivəsində Azərbaycan millisinin Estoniya ilə matçı başlayıb.
Oxu.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüşü Con Bitonun başçılıq etdiyi Şotlandiyadan olan hakimlər briqadası idarə edir.
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının C Liqasının V turunda Estoniya seçməsini qəbul edəcək.
Oxu.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 18:00-da səsləndiriləcək.
Qarşılaşmanı Con Bitonun başçılıq etdiyi Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, Azərbaycan millisi oktyabrın 11-də Estoniyada keçirilən görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, xalsız olan seçməmiz qrupun sonuncusudur. Seçmə komandamızı məğlub edən Estoniya millisi üç xalla üçüncü pillədə qərarlaşıb. Azərbaycan seçmə komandasının qərarlaşdığı qrupda hərəyə 10 xalı olan İsveç və Slovakiya ilk iki pilləni bölüşürlər.
16 noyabr
UEFA Millətlər Liqası
C qrupu
Saat 18:00, Azərbaycan - Estoniya (Qəbələ şəhər stadionu).
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- Kilian Mbappe yenidən milliyə çağırılıb
- Legioner limitini ləğv etdik, bəs yerli futbolçuları nə gözləyir?
- Stanislav Çerçesov Qazaxıstan millisi ilə yollarını ayırdı
- Macarıstan yığmasının baş məşqçisi: "Azərbaycan və Ermənistan milliləri eyni üslubda oynayırlar"
- Didye Deşam Fransa millisindən ayrılacaq