ABŞ-li boksçu Mayk Tayson bloqer Ceyk Polla qarşılaşmadan əvvəl "üz-üzə baxış" mərasimində onu niyə vurduğunu izah edib.
Oxu.Az-ın məlumatına görə, idmançının sözlərini jurnalist və insayder Maykl Benson özünün "X" sosial şəbəkə səhifəsində paylaşıb.
"Mən corabda idim, o isə krosovka ilə çıxmışdı. O, axmaq olduğu üçün barmağımı tapdaladı. Barmağım çox ağrıdı və mən cavab verməli oldum", - deyə Tayson bildirib.
Dünyanın ən bahalı döyüşü olaraq tarixə düşən Tayson və Polun döyüşü Arlinqtonda keçirilib. Gərgin mübarizə şəraitində keçən döyüş Ceyk Polun 79:73 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Mayk Tayson və Ceyk Polun hər biri döyüşdən təxminən 20 milyon dollar qazanacaq.
Rəylər