Məşhur amerikalı boksçu Mayk Tayson ABŞ Prezidenti Donald Trampla birlikdə Nyu-Yorka gedəcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "NewsNation" telekanalı məlumat yayıb.
Tayson ABŞ prezidentinin dəvəti ilə Ağ Evə gedib. Boksçunun Ağ Evin brifinq zalında görünməsi jurnalistlərin diqqətini çəkib.
"NewsNation" telekanalının müxbiri Kelli Meyer "X" sosial şəbəkə hesabında yazıb ki, Tayson prezidentin ona zəng edərək Ağ Evə gəlməsini xahiş etdiyini bildirib.
Boksçu Trampla birlikdə həmin gün Nyu-Yorka gedəcəyini də təsdiqləyib. Lakin o, prezidentlə söhbətinin məzmununu açıqlamayıb və səfərin səbəbi barədə ətraflı məlumat verməyib.
Müxbirin sözlərinə görə, Tayson brifinq zalında qısa müddətə Ağ Evin mətbuat katibi rolunu da sınayıb. Meyer həmin anı əks etdirən videonu da paylaşıb.
Taysonun Nyu-Yorka səfərinin rəsmi tədbirlə, yoxsa şəxsi görüşlə bağlı olduğu hələlik məlum deyil.
