26 oktyabr 2002-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. 2013–2017-ci illərdə Salyan şəhərində yerləşən Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
2022-ci ildən etibarən müxtəlif media qurumlarında müxbir və baş müxbir vəzifələrində çalışıb. 2025-ci ilin oktyabr ayından isə Oxu.Az saytının Türk dili redaksiyasında müxbir kimi fəaliyyət göstərir.