Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edəcək.
Bu barədə Oxu.Az-a Müstəqil Sənayeçi və İş Adamları Dərnəyindən (MÜSİAD) məlumat verilib.
Cevdet Yılmazla yanaşı, Türkiyənin ticarət naziri Ömer Bolatın da Azərbaycana gəlməsi ehtimal olunur.
Onlar Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının üzvləri kimi paytaxtımızda olacaqlar.
Dekabrın 23-də Cevdet Yılmaz və türkiyəli digər rəsmilərin Bakı Konqres Mərkəzində keçiriləcək MÜSİAD-ın Azərbaycan nümayəndəliyinin qurultayına da qatılacaqları gözlənilir.
Tədbirdə Azərbaycanın aidiyyəti dövlət qurumlarının rəhbərləri, eləcə də Türkiyənin rəsmi nümayəndələrinin iştirakı gözlənilir. Qurultayda MÜSİAD-ın yeni İdarə Heyətinin sədri və üzvlərinin seçilməsi, həmçinin qurumun növbəti dövr üçün strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi planlaşdırılır.
Töhfə Səməd