Mar
2022
04:13
222
23
6471
Virtual karabakh

Hibrid avtomobil sənət əsərinə çevrildi – FOTO

4 Mar, 2022
04:13
6471

Hibrid avtomobil sənət əsərinə çevrildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobil istehsalçısı “McLaren” rəngli rəsmləri ilə məşhur olan britaniyalı abstrakt rəssam Nat Bouendən “Artura” superkarından kətan kimi istifadə etməyi xahiş edib. Nəticə çox rəngli boyaların bir neçə qatı ilə örtülmüş sənət əsəri alınıb. 

Hələ satışa çıxarılmayan çoxrəngli “Artura”ya hər kəs Dubaydakı “ME Dubai” hotelində baxa bilər.

Avtomobil orada martın 31-dək nümayiş etdiriləcək.

Qeyd edək ki, “McLaren Artura” 3,0 litrlik V6 mühərriki və inteqrasiya olunan elektrik mühərrikinə malik səkkiz diapazonlu “robot”la təchiz edilib.

Elektrik mühərrikin ümumi hasilatı 680 at gücünə çatır və yerindən ilk “yüzlüyə” sürətlənmə düz üç saniyə çəkir. Maksimal sürət isə saatda 330 kilometrlə məhdudlaşır.

Mənbə: motor.ru

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri