Fotoqrafiyaya maraq göstərən həvəskar parkurçu Fərid Hüseynov bu riskli idman növü ilə məhz Bakının gözəlliyini hündürmərtəbəli binalardan çəkmək üçün məşğul olmağa başlayıb.
19 yaşlı parkurçunun sözlərinə görə, parkurla məşğul olduğu üçün yaşlı nəslin qınağına məruz qalır. Ancaq “Parkur mənim azadlığımı ifadə edir” deyən Fərid bu işi davam etdirəcəyini vurğulayıb.
Baku TV-yə danışan gənc parkurçu peşəkar məşqlər üçün Bakıda xüsusi yerlərin yaradılması istəyini dilə gətirib.
Aygün Rəşidova
Video: Elnur UĞUR
www.oxu.az